Cüdoçularımız açıq Avropa turnirində mübarizəni davam etdirirlər
Bakı, 3 iyul, AZƏRTAC
Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımızdan kişilər arasında Hasil Cəfərov, Kərim Allahverdiyev (81 kq), Murad Fətiyev (90 kq), İmran Yusifov (+100 kq) yarışacaqlar. Qadınların turnirində isə Südabə Ağayeva, Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın birinci gününü komandamız 2 qızıl, 3 bürünc medalla başa vurub. Belə ki, Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar. Bu nəticə ilə komandamız ümumi hesabda birinci sırada qərarlaşıb.
Bu gün başa çatacaq yarışda Azərbaycandan 14 kişi və 3 qadın cüdoçu təmsil olunur.
Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir