Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq
Bakı, 2 iyul, AZƏRTAC
Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) qızıl medal uğrunda yarışacaqlar. Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov, Elçin Hüseynov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) və Ramilə Əliyeva (48 kq) üçüncü yer uğrunda mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.
UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq
Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Gürcüstan və Serbiya yığmaları ilə mübarizə aparırlar
Millimiz “Sabah” ilə yoxlama oyununda qələbə qazanıb
“Konya-2021”: Avqustun 9-da Azərbaycan təmsilçiləri 6 idman növündə güclərini sınayacaqlar
Türkiyə V İslam Həmrəyliyi Oyunlarının medal sıralamasına liderlik edir