×
A
A
A
Sazlamalar

Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

Bakı, 1 iyul, AZƏRTAC

Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası dörddəbir final mərhələsi çərçivəsində San-Marino seçməsi ilə qarşılaşıb.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.
Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə qarşılaşacaq. Oyun iyulun 2-də Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

İdman 2022-07-01 23:06:00