Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat aparılır
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək davam edəcək. İşə qəbul imtahanı avqustun 7-də təşkil ediləcək. İyulun 17-də isə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanına qeydiyyat DİM-in internet saytında iyulun 7-si saat 17:00-dək aparılacaq. Qeyd edək ki, bu gün saat 18:50-yə olan məlumata görə, sınaq imtahanı vermək üçün 186 nəfər qeydiyyatdan keçib.
Namizədlər link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.
Müharibə zamanı tədris üçün təlimə dair layihə çərçivəsində seminar
Şərqşünas alim antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib
Heydər Əliyev adına Hərbi İnstitutda təhsilin təşkili qaydası dəyişib
Tarix Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib