DİM-də təlim: Liderlik və idarəetmənin əsasları
Bakı, 1 iyul, AZƏRTAC
İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Statistika Komitəsinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları“ mövzusunda təlim keçirilib
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkili davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.
DİM: 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi aparılır
Magistraturaların boş qalan yerlərinə ixtisaslaşma seçimi yekunlaşır
DİM: Ümumi balı 150-dən az olmayan 9804 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak edəcək
Dövlət İdarəçilik Akademiyasının magistraturasının boş qalan yerlərinə qəbul elan edilib
UNEC Rus İqtisad Məktəbinə qəbul olmaq istəyənlərin nəzərinə