“Zirə” futbolçusu Filipe Paxtmanla müqaviləni yeniləyib
Bakı, 1 iyul, AZƏRTAC
Bakının “Zirə” klubu futbolçusu Filipe Paxtmanla müqaviləni yeniləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 22 yaşlı hücumçu ilə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, Ukraynanın “Lvov” klubundan transfer edilən braziliyalı forvard 2021-ci ilin yanvarından icarə əsasında “Zirə”də çıxış edib.
Laurentsiu Regekampf: Bu gün qələbə qazandığımız üçün çox sevinirəm
Yaşar Vahabzadə: Müdafiədə etdiyimiz səhvlərə görə məğlub olduq
Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i məğlub edib