×
A
A
A
Sazlamalar

İddiaçılar turniri: Teymur Rəcəbov çinli şahmatçı ilə qarşılaşacaq

Bakı, 1 iyul, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə qarşılaşacaq.
Qeyd edək ki, T.Rəcəbov ötən turların nəticəsinə görə, 5 xalla 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

 

İdman 2022-07-01 11:04:00