×
A
A
A
Sazlamalar

MDU-nun rektoru Şahin Bayramov məzunları təbrik edib

Bakı, 29 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü-2022” tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rektor Şahin Bayramov cari tədris ilində MDU-dan məzun olan tələbələri, eləcə də valideynlər və universitetin əməkdaşları təbrik edib. Təhsil aldıqları ali təhsil ocağının adını daim yüksək tutacaqlarına əminliyini ifadə edən Ş.Bayramov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor qeyd edib ki, tələbələr, onların valideynləri və müəllimlərin fədakar əməyi sayəsində məzunların timsalında həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş yetişib: “Unutmayın ki, siz MDU-da təhsil almaqla bu universitetin ailəsinin əbədi üzvünə çevrilmisiniz. Yəni, məzun olmaq bu ailəni tərk etmək anlamına gəlmir. Bu günə qədər tələbə statusunda olduğunuz MDU ailəsində bundan sonra məzun statusunda təmsil olunacaqsınız. Daim Sizin xoş sədalarınızı gözləyən doğma universitetiniz və əziz müəllimləriniz vardır. Hər birinizə, bundan sonrakı təhsilinizdə, əmək fəaliyyətinizdə və şəxsi həyatınızda bol-bol uğurlar arzulayıram”.

Elm və təhsil 2022-06-29 20:15:00