×
A
A
A
Sazlamalar

“Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandasına məğlub olub

Bakı, 29 iyun, AZƏRTAC

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Rumıniya Birinci Liqasında çıxış edən “Hermanştadt”la qarşılaşıb. Matç komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Zirə”nin heyətində Hamidu Keyta fərqlənib.
Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək.

İdman 2022-06-29 19:24:00