×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universitetində əlavə təhsilə qəbul başlanır

Bakı, 29 iyun, AZƏRTAC

2022/2023-cü tədris ilində Azərbaycan Dillər Universiteti (ADU) müsabiqə yolu ilə təkrar ali təhsilə (pedaqoji ixtisaslardan başqa) tələbə qəbulu elan edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, sənədlər avqustun 10-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-a kimi 3 saylı tədris binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308) qəbul ediləcək. Tələb edilən sənədlərlə ADU-nun saytında tanış olmaq mümkündür.

Elm və təhsil 2022-06-29 14:41:00