×
A
A
A
Sazlamalar

Alimlər təcrübə bazasında buğda sortlarının məhsuldarlığını qiymətləndiriblər

Bakı, 29 iyun, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Xloroplastların fotokimyası laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, böyük elmi işçi biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova və elmi işçi Könül Tağıyeva Genetik Ehtiyatlar İnstitutunun Tərtər-Şıxarx Təcrübə Bazasında elmi ezamiyyətdə olublar.
MBBİ-dən AZƏRTAC-a bildirilib ki, alimlər təcrübə bazasında buğda sortlarının və hibridlərinin məhsuldarlığını qiymətləndirib, həm valideyn, həm də F4 nəsil hibrid formalardan sünbülün struktur elementlərini analiz etmək üçün nümunələr götürüblər. Həmçinin Botanika İnstitutunun Kürdəmir təcrübə sahəsində şoran torpaqlarda əkilmiş buğda sortları və hibridlərin sünbülləri də analiz üçün toplanılıb.

Elm və təhsil 2022-06-29 13:53:00