×
A
A
A
Sazlamalar

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 329 nəfər uğur qazanıb

Bakı, 29 iyun, AZƏRTAC

Altmış altı dövlət orqanında mövcud olan 626 vakant vəzifə üzrə (B növü) fevralın 14-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 3324 nəfər qeydiyyatdan keçib. Bu gün saat 13:10-dək olan məlumata görə, 329 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi iyulun 5-də başa çatacaq.

Elm və təhsil 2022-06-29 13:38:00