×
A
A
A
Sazlamalar

Türkiyə - Azərbaycan oyununda qalib müəyyənləşməyib

Bakı, 29 iyun, AZƏRTAC

İstanbulda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.
Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurublar.
Qeyd edək ki, komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

 

 

İdman 2022-06-29 10:59:00