Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Bakı, 28 iyun, AZƏRTAC
Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı və “Сoimbra Gym Fest 2022” adlı beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, dünya kuboku yarışında ölkəmizi Selcan Mahsudova, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, beynəlxalq turnirdə isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayev təmsil edib.
Dünya kuboku yarışında komandamıza yeganə medalı tamblinqçimiz Mixail Malkin qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Bu növ üzrə finalda mübarizə aparan tamblinqçimiz Tofiq Əliyev və batutçumuz Selcan Mahsudova isə yarışı beşinci pillədə başa vurublar.
Beynəlxalq turnirdə fərdi növdə mübarizə aparan yığma komandamızın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıblar.
Azərbaycanda futbol üzrə İkinci Divizion turniri keçiriləcək
Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub
“Qəbələ” klubu Azərbaycan kubokunun qalibi olub
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib