×
A
A
A
Sazlamalar

Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb

Bakı, 28 iyun, AZƏRTAC

Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitənin atletika üzrə idmançısı Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub və bununla o, “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.
Qeyd edək ki, M.Qasımov artıq bir müddətdir ki, paralimpiya idman növləri ilə məşğul olur, daha öncə o, pauerliftinq növündə öz gücünü sınayıb.

İdman 2022-06-28 00:11:00