Yeniyetmə badmintonçularımız Serbiyada 2 bürünc medala sahib olublar
Bakı, 27 iyun, AZƏRTAC
Yeniyetmə badmintonçularımız Serbiyanın Novi Sad şəhərində keçirilən “Youth International” turnirində 13 yaşadək qızların şəxsi və qoşa yarışında bürünc medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 13 yaşadək qızların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Leyla Camalzadə uğurlu çıxışının davamını pley-offda da gətirib. Səkkizdəbir finalda avstriyalı, ardınca bolqar rəqibini mübarizədən kənarlaşdıran L.Camalzadə turnirin yarımfinalına yüksəlməklə bürünc medalı təmin edib. Badmintonçumuz finalın bir addımlığında digər Bolqarıstan təmsilçisinə uduzub.
Badmintonçularımız daha bir bürünc medalı 13 yaşadək qızların qoşa yarışında qazanıblar. Bu kateqoriyada mübarizə aparan Leyla Camalzadə-Nəzrin Mehrəlizadə tandemi ilk pley-off görüşündə Serbiya və Rumıniyanı təmsil edən badmintonçulara qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə Bolqarıstan badmintonçularını məğlub edən təmsilçilərimiz yarımfinala yüksəlməklə bürünc medalı təmin ediblər. Təmsilçilərimiz finalın bir addımlığında macar badmintonçularına uduzublar.
Turnirdə, həmçinin Ülvi Hüseynov, Nərmin Hüseynova, Emil Akçurin, Anar Hüseynov, Əminə İsmayılova və Ayxan Kərimzadə U-13 və U-15 yarışlarında müxtəlif kateqoriyalar üzrə yarışıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir