×
A
A
A
Sazlamalar

BDU-nun Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda vebinar

Bakı, 25 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinar “Sage” nəşriyyatının əməkdaşları Cesika Lipovski, Melisa Knot, Derek Fişer və Lorianne Sarsfieldin iştirakı ilə təşkil olunub. Vebinarda məqaləni nəşr etmək üçün düzgün jurnal seçimi, məqalə təqdim olunmazdan əvvəl diqqət edilməli tələblər və s. məsələlərə aydınlıq gətirilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2022-06-25 10:03:00