×
A
A
A
Sazlamalar

UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bakalavr pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.
Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Elm və təhsil 2022-06-24 18:31:00