Sumqayıtda xoreoqrafiya sənəti üzrə ustad dərsi keçirilib
Sumqayıt, 24 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 24-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində xoreoqrafiya sənəti üzrə ustad dərsi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, dərsdə Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi, Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbi, Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, Dostluq Mədəniyyət evi və C Cabbarlı adına Mədəniyyət evinin müəllim və şagirdləri iştirak ediblər.
Ustad dərsini Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri, Əməkdar artist Elçin Allahverdiyev və Prezident təqaüdçüsü Çinarə Quliyeva keçiblər.
Kürdəmirdə baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb
İsmayıllıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şahmat turniri keçirilib
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Ağdam rayonunda olub
Balakəndə Beynəlxalq Gənclər Günü münasibətilə “Dağ düşərgəsi” təşkil edilib