Torpaqşünas alimlər sudan səmərəli istifadə üsulları ilə bağlı tədqiqat aparırlar
Bakı, 24 iyun, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Kür çayının sağ sahili boyu Baş Mil-Qarabağ, Baş Mil-Muğan kollektorlarının və təsir zonasının kompleks tədqiqi ilə əlaqədar yaradılmış ekspedisiyası həmin ərazilərdə tədqiqatları davam etdirir.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, ekspedisiyanın məqsədi ölkədə su itkilərinin qarşısını almaqla sudan səmərəli istifadə üsulların tətbiqinin elmi əsasını işləməkdir. Ekspedisiya çərçivəsində kollektorlarda suyun səviyyəsinin 3 metrdən az olduğu ərazilərdə torpaqların şorlaşmasının təsiri ilə bərabər, onlarda axan suların minerallaşması da öyrənilir.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, baş menecer Ərşad Cəlilov, elmi katib Sultan Hüseynova və baş aqromeliorator Mürsəl Məmmədov ekspedisiyanın gedişini yoxlamaq məqsədilə həmin ərazilərdə olub, işlərin gedişini yaxından izləyərək tədqiqat aparan alimlərlə görüşüb, ekspedisiya üzvlərinə metodiki məsləhətlər veriblər.
Azərbaycan məktəbliləri son 8 ildə Beynəlxalq İnformatika olimpiadalarında 48 medal qazanıb
Dövlət İmtahan Mərkəzi: 761 nəfər magistraturanın boş qalan yerlərinə qəbul olub
Pedaqoji Universitetdə magistraturaya boş qalan yerlərə 11 ixtisaslaşma üzrə qəbul aparılıb
Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları hazırlanıb