Xüsusi qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyən abituriyentlərin nəzərinə
Bakı, 24 iyun, AZƏRTAC
Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələrindən apellyasiyaya müraciət etmək istəyən abituriyentlər iyunun 29-dan iyulun 1-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, apellyasiya günləri iyulun 1-dən sonra məlum olacaq və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.
Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir.
Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər imtahan verdikləri gün müraciətlərini təqdim etməlidirlər.
Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə imtahan nəticələrindən apellyasiya komissiyalarına imtahan növbəsi (səhər və axşam növbələri olur) bitdikdən sonra müraciət etmək mümkündür.
İstiqamətlər üzrə yalnız yuxarıda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat aparılır
Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 624 bakalavr ərizəsini təsdiqlədib
Bakıdakı Rus Evi tərəfindən təşkil edilmiş müsabiqələrin qalibləri Yuqraya yola düşüblər
Mərkəzi Elmi Kitabxana tərəfindən Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb
Təhsil İnstitutu son kursda oxuyan tələbələr və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək