Təhsil naziri Qazaxıstanda səfərdədir
Bakı, 23 iyun, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 23-də nümayəndə heyəti Nur-Sultan şəhərində yerləşən “Quantum” STEM məktəbi və Nazarbayev intellektual məktəblərini ziyarət edib, hər iki müəssisədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinə hər iki müəssisənin nailiyyətləri haqqında ətraflı məlumat verilib və Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraq ifadə edilib.
Nümayəndə heyəti, həmçinin Peşə texniki kolleci və İctimai iaşə və xidmət kollecini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti müəssisələrin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə tanış olub.
Həmin gün təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının maarif naziri Asxat Aymaqambetov ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Bu il Azərbaycan İlahiyyat İnstitutunu 50 tələbə bitirir
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib
Magistraturaya qəbul üçün 10 minə yaxın bakalavr ərizəsini təsdiq edib
Dilçilik İnstitutunda Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib
AzMİU ilə “Norm” ASC arasında əməkdaşlıq müqaviləsi bağlanıb