Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşının beynəlxalq konfransda çıxışı maraqla qarşılanıb
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova “Biosistemin fəaliyyətinin molekulyar, membran və hüceyrə əsasları” mövzusunda beynəlxalq elmi konfransda və Belarus Fotobioloqları və Biofizikləri İctimai Birliyinin XV qurultayında iştirak edib.
MBBİ-dən AZƏRTAC-a bildirilib ki, Ü.İbrahimovanın “Triticum aestivum L. genotiplərinin bəzi fizioloji və biokimyəvi parametrlərinə NaCl-un təsiri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
BDU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb
UNEC-in Dərbənd filialına sənəd qəbulu aparılır
Azərbaycan Dillər Universitetində əlavə təhsilə qəbulun vaxtı uzadılıb
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə onlayn sınaq imtahanı keçiriləcək
Mərkəzi Elmi Kitabxanada Bəxtiyar Vahabzadənin 97 illiyi münasibətilə kitab sərgisi keçirilir