×
A
A
A
Sazlamalar

ADPU tələbələri universitetlərarası bədii yaradıcılıq müsabiqə-festivalında birincilik qazanıblar

Bakı, 23 iyun, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) ali təhsil müəssisələrinin tələbələri arasında təşkil etdiyi bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib. Bildirilib ki, universitetin 6 tələbəsi müsabiqə-festivalda müxtəlif nominasiyalarda yer tutub. Vokal ifası nominasiyasında Riyaziyyat fakültəsinin II kurs tələbəsi Dilarə Abdullayeva 1-ci, aşıq musiqisi nominasiyasında “SABAH” qruplarının III kurs tələbəsi Nəzrin Məlikova 1-ci, şeir nominasiyasında Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Muradlı 3-cü, muğam ifası nominasiyasında Filologiya fakültəsinin II kurs tələbəsi Ülkər Paşayeva 3-cü, musiqi alətində ifa nominasiyasında İncəsənət və fiziki tərbiyə fakültəsinin I kurs tələbəsi Arif Səmədzadə 3-cü, habelə ADPU-nun xor kollektivi 3-cü yerə layiq görülüb.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Pedaqoji Universitetin tələbələri müsabiqədə qazandıqları göstəricilərlə digər ali təhsil müəssisələrini üstələyərək ümumi hesabda da birinci yerdədir.

Elm və təhsil 2022-06-23 11:10:00