İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda macarıstanlı şahmatçı ilə qarşılaşacaq
Bakı, 23 iyun, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2 xalla 6-8-ci yerləri bölüşür.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.
İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib