İddiaçılar turniri: Teymur Rəcəbov növbəti heç-heçəyə imza atıb
Bakı, 22 iyun, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb. Şahmatçımızın növbəti qarşılaşması da heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir