×
A
A
A
Sazlamalar

Paytaxtda 14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir

Bakı, 22 iyun, AZƏRTAC

Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mikrorayon dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.

Nəqliyyat 2022-06-22 15:20:00