×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanı Avropa çempionu adını qazanıb

Bakı, 19 iyun, AZƏRTAC
Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Bu mərhələdə keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən idmançımız 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı Olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

İdman 2022-06-19 22:28:00