×
A
A
A
Sazlamalar

İddiaçılar turniri: Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

Bakı, 19 iyun, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində üçüncü turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 3-cü turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib.
Qeyd edək ki, şahmatçımız ötən turlarda Əlireza Firuzca (Fransa) ilə heç-heçə edib, ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

İdman 2022-06-19 19:26:00