×
A
A
A
Sazlamalar

UEFA Millətlər Liqası: Bu gün Azərbaycan millisi Belarus yığmasını qəbul edəcək

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Canni De Byazinin yetirmələri Bakıda Belarus seçməsini qəbul edəcək.
“Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.
Komandalar arasında ikinci tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, üçüncü turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, üçüncü turda Qazaxıstanla heç-heçə edib - 1:1.
Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

 

 

 

İdman 2022-06-13 10:35:00