×
A
A
A
Sazlamalar

Ramil Həsənzadə: Avropa çempionatındakı qələbəmizi xalqımıza həsr edirik

Bakı, 13 iyun, AZƏRTAC

Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir. Avropa çempionatındakı qələbəmizi xalqımıza həsr edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının kapitanı Ramil Həsənzadə deyib.
İlk maçdan oyunların çətin olduğunu bildirən milli komandamızın kapitanı deyib: “Avropa çempionatında qalib gəlmək o qədər də asan deyil. Birinci oyundan sonuncu görüşədək maçlar çox çətin oldu. Buna baxmayaraq, bütün rəqiblərimizə qalib gəlməyi bacardıq. Bizə hər zaman dəstək göstərdiyi üçün xalqımıza təşəkkür edirik”.

İdman 2022-06-13 06:19:00