×
A
A
A
Sazlamalar

“Mercedes”in pilotu Corc Rassel: Azərbaycan Qran-Prisində qazandığım üçüncülükdən çox məmnunam

Bakı, 12 iyun, AZƏRTAC
Cari mövsüm üçüncü dəfə podiuma qalxdığım üçün xoşbəxtəm. Formula 1 yarışında qəza etmədən finiş etmək çox vacibdir. Bakı trasında bunu nail oldum.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisini üçüncü pillədə başa vuran “Mercedes”in pilotu Corc Rassel deyib.
Cari mövsümün Almaniya komandası üçün çətin keçdiyini bildirən pilot vurğulayıb: “Bolidlərimiz tam forma deyil. Bunun da səbəbi yenilənmələrin tam olaraq başa çatmamasıdır. Buna baxmayaraq, Azərbaycan Qran-Prisində qazandığım üçüncülükdən çox məmnunam”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar.

İdman 2022-06-12 18:21:00