Minifutbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olub VİDEO
Bakı, 11 iyun, Elvin Mövsümov, AZƏRTAC
İyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
AZƏRTAC xəbər verir ki, yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.
Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.
Final görüşündən sonra çempion Azərbaycan millisinin, medallara layiq görülən digər komandaların üzvləri və fərqlənən futbolçular mükafatlandırılıblar.
Komandamızın qolkiperi Davud Kərimi minifutbol üzrə Avropanın ən yaxşı qapıçısı, Bəxtiyar Sultanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Avropa çempionu adını qazanan komandamızın baş məşqçisi Elşad Quliyev heyətdə Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımova yer verib.
Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrup mərhələsinin ilk oyununda Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız finalda oynamaq hüququ əldə ediblər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir