Badmintonçularımız Litvada keçirilən turnirdə çıxışını yekunlaşdırıb
Bakı, 11 iyun, AZƏRTAC
Badmintonçularımız Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində çıxışını yekunlaşdırıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişi badmintonçuların şəxsi yarışında idmançımız Diki Dvi Pangestu təsnifat mərhələsinin sonuncu görüşündə indoneziyalı Alden Lefilsona 2:1 hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib.
Əsas mərhələdə keçirdiyi ilk görüşdə Malayziya badmintonçusu Teh Zi Yini 2:0 hesabı ilə məğlub edən badmintonçumuz turnirin səkkizdəbir finalına adlayıb. Diki dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə danimarkalı Kristofer Vittorianiyə 1:2 hesabı ilə uduzub.
Təsnifat mərhələsində ardıcıl olaraq iki qələbə qazanan Məhəmməd Khadafi isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçli Yohan Azeliusa 1:2 hesabı ilə məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Dvi Pangetsu cütlüyü onaltıdabir finalda Malayziya təmsilçiləri Məhəmməd Faris-Jia Çenq tandeminə 0:2 hesabı ilə uduzub.
Cahid Əlhəsənov-Məhəmməd Khadafi qoşa cütlüyü isə estoniyalı Karl Kert-Mihkel Talts tandeminə 1:2 hesabı ilə məğlub olub.
Samir Əliyev: Qol epizodlarını dəyərləndirə bilsəydik, hesab fərqli olardı
Qadın güləşçimiz Elnurə Məmmədova V İslamiadada bürünc medala sahib olub
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Nəsimi rayonunda Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş olub
İslamiada: 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib