Formula 1 Azərbaycan Qran-Prisi Yaponiya KİV-in diqqət mərkəzindədir
Tokio, 10 iyun, AZƏRTAC
Yaponiyanın nüfuzlu idman portalları Bakının ev sahibliyi etdiyi Formula 1 yarışlarının işıqlandırılmasına geniş yer verib. Bir sıra telekanallar yarışları birbaşa yayımlamağı nəzərdə tutur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiyanın nüfuzlu internet portallarında dərc edilmiş məqalələrdə Azərbaycanın bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirdiyi xüsusi vurğulanır.
Məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula 1 yarışını altıncı dəfədir qəbul edir və yarışlar iyunun 10-dan 12-dək Bakı Şəhər Halqasında keçiriləcək.
Məqalə və reportajlarda idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur. KİV-də Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə məlumatlar da əksini tapır.
Məqalələrlə buradan tanış olmaq mümkündür: https://formula1-data.com/, https://www.as-web.jp, https://www.sports-his.com, www.topnews.jp, https://www.sportingnews.com/
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir