×
A
A
A
Sazlamalar

“Norway Chess”: Şəhriyar Məmmədyarov Vişvanatan Anand, Teymur Rəcəbov Van Hao ilə mübarizə aparacaqlar

Bakı, 9 iyun, AZƏRTAC

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, səkkizinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anand, Teymur Rəcəbov Çin şahmatçısı Van Hao ilə mübarizə aparacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov 11,5 xalla 10 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb. T.Rəcəbov isə ümumi nəticələrə görə, beş xalla sonuncu yerdədir.
“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

İdman 2022-06-09 18:08:00