×
A
A
A
Sazlamalar

Xəzər rayonunda yüngül atletika üzrə yarış keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 234 saylı tam orta məktəbdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yüngül atletika üzrə yarış keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, yeniyetmələr arasında keçirilən yüngül atletika yarışının nəticələrinə əsasən 149 saylı tam orta məktəb birinci yerə, 230 saylı tam orta məktəb ikinci yerə, 92 saylı tam orta məktəb isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və 234 saylı tam orta məktəbin direktoru Könül Məmmədli tərəfindən diplom və medallarla təltif ediliblər.

 

İdman 2022-06-09 16:41:00