×
A
A
A
Sazlamalar

“Bakı” voleybol komandası açıq turnirin qalibi olub

Bakı, 9 iyun, AZƏRTAC

2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, 4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.
Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar.
Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib.

 

 

 

İdman 2022-06-09 16:04:00