×
A
A
A
Sazlamalar

“Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar” adlı sessiya təşkil olunub

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində “Beynəlxalq nəqliyyat dəhlizləri üçün strateji perspektivlər və yeni imkanlar” sessiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Fərrux Əhmədovun moderatorluğu ilə keçən sessiyada beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafının iqtisadiyyatların səmərəliliyinin artırılmasına müsbət təsir göstərdiyi qeyd edilib.
TRACECA Hökumətlərarası Komissiyanın Azərbaycandakı milli katibi Rüfət Bayramov bildirib ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli-coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. O, TRACECA coğrafiyasının genişləndirilməsinin dəhlizə əlavə yük axınlarının cəlb edilməsinə töhfə verə biləcəyini söyləyib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) baş katibi Qaydar Abdikerimov mövcud ticarət yollarının şaxələndirilməsinin bütün tərəflərin maraqlarına xidmət etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, qlobal iqtisadiyyatın aktivliyinin qorunub saxlanması maraqlı tərəflərin yeni nəqliyyat və logistika marşrutları tapmasından asılı olacaq.

 

Nəqliyyat 2022-06-01 16:46:00