×
A
A
A
Sazlamalar

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı, 30 may, AZƏRTAC

Yanvar-aprel aylarında ölkədə 710 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 202 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 167,8 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 30,8 faiz artıb.

Nəqliyyat 2022-05-30 11:41:00