Tamblinqçimiz İtaliyadan gümüş medalla qayıdır
Bakı, 29 may, AZƏRTAC
İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala sahib olub.
Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə altıncı pillədə qərarlaşıb.
Günay Məmmədzadə Polşada şahmat festivalında uğurlu çıxışını davam etdirir
U-20 Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək