Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa çempionatında yeddinci olub
Bakı, 29 may, AZƏRTAC
Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Polşada keçirilən super sprint üzrə Avropa çempionatında yeddinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, iki mərhələdən ibarət olan yarışda idmançımız yarımfinalda üçüncü nəticə göstərərək finala yüksəlib. Final mərhələsində təmsilçimiz 71 idmançının mübarizə apardığı yarışı 23 dəqiqə 38 saniyəlik nəticə ilə başa vurub.
Belə ki, R.Pevtsov 300 metrlik su məsafəsini 3 dəqiqə 39 saniyəyə qət edib. Ardınca 8 kilometrlik velodistansiyanı 12 dəqiqə 33 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 2 kilometrlik qaçış zolağını 5 dəqiqə 47 saniyə nəticə ilə tamamlayıb.
Turnirin qalibi almaniyalı Valentin Vernts olub.
Yunan-Roma güləşçilərimiz U-20 Avropa çempionatında son 6 ilin ən yaxşı nəticəsinə imza atıblar
Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar
“Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandasına məğlub olub
“Qəbələ”nin sabiq futbolçusu Fernan Lopes karyerasını Kiprdə davam etdirəcək