×
A
A
A
Sazlamalar

Vətən müharibəsi qazisi İsveçrə Qran-Pri turnirində qızıl medal qazanıb

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan paraatleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nüvə itələmə növündə (F46) 11,71 metrlik nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
R.Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

İdman 2022-05-28 19:41:00