×
A
A
A
Sazlamalar

Könül Mikayılova: Stolüstü tennis üzrə “Top-8” yarışı ölkəmizdə təşkil olunan güclü turnirlərdən biridir

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə keçirilən və 28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi “Top-8” turniri ölkəmizdə təşkil olunan güclü yarışlardan biridir. Yarışda ölkəmizin ən güclü 16 tennisçisi - 8 qadın və 8 kişi idmançı mübarizə aparır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova deyib.
K.Mikayılova turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılıb. Stolüstü tennisçilərin öz potensiallarından istifadə etmələri üçün hər bir şərait var”.
Federasiya rəsmisi komanda üzvlərini qarşıda gözləyən yarışlardan da danışıb: “Gələn ay 2010-cu il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında ölkə birinciliyi keçiriləcək. İyunun 5-16-da isə Serbiyanın paytaxtı Belqradda gənc stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər”.
K.Mikayılova qeyd edib ki, bu ilin avqustunda komandamız Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək.

İdman 2022-05-27 16:04:00