×
A
A
A
Sazlamalar

Narkomaniyaya qarşı mübarizədə təhsil işçiləri və valideynlər fəal olmalıdırlar

Yevlax, 27 may, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Salahlı kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev tədbirdə çıxış edərək, narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumat verib. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması üçün təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdırlar. Həmçinin şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görmələri tövsiyə olunub.
Sonda narkotiklərin fəsadlarından bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-05-27 16:07:00