“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqə davam edir
Bakı, 27 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqə davam edir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin münsiflər heyəti komandaların stendlərinə baxış keçirir, qiymətləndirmələr aparırlar. Festivalda ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər, yaxud sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanıb.
Xatırladaq ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-dan Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verilib. Festival mayın 29-dək davam edəcək.
Kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur
NFT texnologiyasının inkişaf perspektivləri tədqiq edilir
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlanıb
İnformasiya təhlükəsizliyinin monitorinqi sistemlərinin analizi aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 178 məktəbdə STEAM layihəsi tətbiq edilib