×
A
A
A
Sazlamalar

“Şamaxı” klubu daha 3 futbolçusu ilə vidalaşıb

Bakı, 26 may, AZƏRTAC

“Şamaxı” klubu daha 3 futbolçusu ilə vidalaşıb.
AZƏRTAC xəbər verir ki, İlkin Qırtımov, Kamal Bayramov və Tural Axundovdan sonra Natan Oduva, Aldair Neto və Tərlan Quliyevlə də yollar ayrılıb.
Futbolçuların başa çatan müqavilələri yenilənməyib.
Qeyd edək ki, “Şamaxı” geridə qalan mövsümü 22 xalla 7-ci pillədə tamamlayıb.

 

 

 

İdman 2022-05-26 17:35:00