DİM-də biologiya və tarix fənləri üzrə “Qiymətləndirmə kitabçaları” təhlil edilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil olunub.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
BDU-nun Qazax filialında “Məzun günü”
Azərbaycan və Türkiyə alimlərinin COST layihələrində birgə iştirakı üzrə görüş təşkil edilib
UNEC-dən növbəti yenilik: virtual karyera yarmarkası
BDU-nun həmtəsisçisi olduğu beynəlxalq jurnalın impakt faktoru 3.898-dən 4.771-ə yüksəlib
Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı sərgi açılıb