“ASAN xidmət” “TEKNOFEST Azərbaycan”da
Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının tərəfdaşlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
AZƏRTAC xəbər verir ki, ümumilikdə festivalda təşkil olunan sərgi pavilyonlarında Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, “ASAN Radio”nun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur. Dövlət Agentliyi festival çərçivəsində təşkil olunan “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.
Türkiyə Texnologiya Komandası Fondunun (T3) pavilyonunda “Bilim Bakı” mərkəzinin stendi də təqdim olunur.
Şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-dək davam edəcək
Bakıda Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək
Sabah paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək
"Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib