×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda doktorant və dissertantlar imtahan veriblər

Bakı, 26 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun doktorant və dissertantları mayın 25-26-da fəlsəfə hazırlığı üzrə ixtisas və fərq imtahanları veriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanlarda müxtəlif ixtisaslar üzrə 8 nəfər iştirak edib. İddiaçıların cavabları üç nəfər “əla”, beş nəfər “yaxşı” olmaqla, professor-müəllim heyətindən ibarət komissiya tərəfindən qiymətləndirilib.

Elm və təhsil 2022-05-26 16:25:00